
Müğənni Abdul Xalidin əksər müğənnilərin restoran kabinetlərində hoqqalardan çıxırlar deməsi Elitstar Cəmiləni hiddətləndirib.
Qlobal.net xəbər verir ki, Cəmilə “Xəbərin var?” verilişində sərt reaksiya bildirib.
O, kabinetdə oxumaqda eyib görmədiyini bildirib.
Cəmilə bildirib ki, mənəm-mənəm deyən çox papulyar müğənnilərin heç birini “Hollivud”da kabinetlərdə görməyib:
“Orada administratordan da soruşmuşam, onları istəyən yoxdur. Mən müğənniyəm, hara dəvət edirlər gedirəm. Sırf kişi məclislərinə də gedirəm, qadın məclislərinə də. Mahımı oxuyuram, alqışımı alıram, pulumu da götürüm gedirəm. Kənddə palatka toylarına da gedirəm, Bakıda kabinetdəki məclislərə də. Kim deyir ki, getmərəm, onun öz işidir. Özəl mahnısı olan müğənniləri kabinetlərə çağırırlar. Əbdül Xalidin hansı özəl mahnısı var? Xalq mahnısını hamı oxuyur, özəl mahnıları olanları aparırlar kabinetlərə. Mən kabinetlərdə hoqqa verən müğənni görməmişəm. Əbdül Xalid yalan danışır. Kabinetlərdə hamısı mədəni insanlar oturur. elə bir işdə işləyir ki, o başqaları ilə eyni məkanda otura bilmir, ailəsi ilə kabinetdə oturur. Sevdikləri qadın, kişi müğənniləri kabinetə dəvət edirlər. Bunun nəyi günahdır? Mənə artıqlaması ilə pulumu verir. Niyə oxumayım?
Ətraflı videodan izləyə bilərsiz: