rüfət
test

Pulu yığmaq üçün tozsoran gətirdilər - Rüfət toydan o qədər şabaş qazandı ki...

Müğənni Rüfət Axundov son günlər gündəmdə olan məclisdə sənət adamlarına şabaş verilməsi məsələsinə münasibət bildirib.

Qlobal.net xəbər verir ki, ifaçı məclilərdən birində ona verilən şabaşdan söz açıb:

"Bu mövzu elədir ki... Danışılası, danışılmayası söz var. Çox şey görmüşəm, amma danışa bilmərəm. Şabaş adidir. Mən pul yağışı görmüşəm. Tək mən yox, Abbas Bağırov da. Elə məclisdə olmuşuq ki, oradakı pulu görsələr huşunu itirərlər. Bir dəfə bir məclisdə idik. Orada o qədər pul var idi ki, səhərə qədər sayıb qurtara bilmirdik. Axırda yığmaq üçün tozsoran gətirdilər. Prodüser Anar Mədətov şahid idi".  (Axşam.az)

04.05.2025 08:18
show 14