“Pul əl çirkidir” deyənin başı işləmir! – Ağadadaşı topa tutdular

Xalq artisti Ağadadaş Ağayev müzakirələrə səbəb olacaq açıqlaması ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, aparıcı Ulvira Qarayevanın verilişinə qonaq olan ifaçı “Pul əl çirkidir” deyənləri qınaq atəşinə tutub.
İfaçı pulun insan həyatında əhəmiyyətli rola malik olduğunu bildirib.
Buna baxmayaraq, Xalq artisti insanlar öz nəfislərinə qurban getməməyə də səsləyib:
“Deyirlər ki “Pul əl çirkidir” Onu deyən adamın başı yaxşı işləmir! Necə yəni əl çirkidir? Pul bilirsiniz nədir? Pul insana cəsarət verəndir. Pul insanı cəsarətləndirən bir mövzudur. Pulsuzluq qüssə verir. Hətta pulsuzluq sevgilini özgələrə yar edir. Ata, ana və doğmalarının gözündən düşmək üçün vasitədir. Etmisən, amma sonra edə bilməmisən. Bunlar hamısı pulun vasitəçiliyində mövcud olan məsələlərdir. Lakin pul sənin həyatından sadəcə nəfsinə xidmət edəcəksə, o nəfis də səni sadəcə ölümə aparacaq”.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.
Xalq artistinin bu fikrini tənqid edənlər də olub, normal qarşılayanlar da.(BAKU.WS)
Посмотреть эту публикацию в Instagram