08.07.2021
10:50
135

PSJ səhvən Ramos keçidini açıqladı

Loading...

Bu yay nəhəng transferlər edən PSJ səhvən Serxio Ramos keçidini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi rəsmi saytında yayımladığı məlumatda 34 yaşlı müdafiəçinin 4 nömrəli forma altında çıxış edəcəyini bildirib. Klubun televiziyasına danışan Ramos bu sözləri deyib: "Bu 4 nömrə həyatım boyu mənə yoldaşlıq etdi, bir çox zəfərlər gətirdi. PSJ kimi komandada bu nömrəni geyinmək mənim üçün çox özəldir".

Daha sonra "Paris Sen-Jermen" ispaniyalı oyunçunun açıqlamaları olan xəbəri rəsmi saytından silib. 

Qeyd edək ki, daha öncə Corcinyo Veynaldum və Əşrəf Hakimini heyətinə qatan PSJ-nin Canluici Donnarumma keçidini də tezliklə açıqlayacağı gözlənilir.

Loading...