28.09.2021
11:48
155

Prokurorluq saxta COVID-19 pasportu verən xəstəxana ilə bağlı əməliyyat keçirdi

Loading...
Paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilmiş qanunsuzluqlar barədə daxil olmuş material əsasında Xəzər Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan "COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. 

Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.

Loading...