21.09.2021
11:21
161

Prokurorluq Ağdamda minaya düşən sürücü barədə məlumat yaydı

Loading...
"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib". Bu barədə Baş prokurorluqdan məlumat verilib.
 
Məlumata görə, digər prosessual hərəkətlər də yerinə yetirilib

21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman "Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.


Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Loading...