64e70a89ab0af202308234513
Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb. 

Qlobal.net xəbər verir ki, dünən qəzaya uğrayan özəl təyyarədə Priqojinlə birgə digər 9 nəfər də həlak olub.  

Ekipaj arasında azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimov da var. O, Embraer-135 özəl jetinin ikinci pilotu olub. 

Məlumata görə, R.Kərimov əslən Perm vilayətindəndir. 29 yaşlı Rüstəm Kərimov Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur. O, 2019-cu ildə evlənib. (Unikal)

24.08.2023 11:44
1749