6751c0fbcf4b8202412240427

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Məmmədyarovla bağlı MARAQLI MƏLUMATLAR

Xəbər verdiyimiz kimi, Əliyar Qəhrəman oğlu Məmmədyarov Mərkəzi Bank sədrinin birinci müavini təyin edilib.

Qlobal.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Yüksək vəzifəyə təyin olunan Ə. Məmmədyarovun tərcümeyi-halını təqdim edirik.

Ə. Məmmədyarov 1977-ci ildə Bakı şəhərində anadan olub, ali təhsillidir. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “İqtisadçı” ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.

2004-2006-cı illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində işləyib.

2006-2007-ci illərdə AR Milli Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2008-2016-cı illərdə AR Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində çalışıb.

2016-cı ilin may ayından Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müşaviri vəzifəsinə təyin edilib. 

2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.

2022-ci ilin may ayının 31-dən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

2022-ci il iyun ayından 2024-cü ilin dekabr ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində fəaliiyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Mərkəzi Bankın sədrinin birinci müavini vəzifəsinə təyin edilib. (yenisabah.az)


05.12.2024 19:02
show 242