644f7c48a03f6202305234600
Prezidentin qucaqladığı qazi kimdir? - "Mehriban xanım dedi ki..." (VİDEO)
Xəbər verdiyimiz kimi, "TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada İkinci Qarabağ müharibəsinin qazisi Taleh Camalovla görüşüb.
Qlobal.net
xəbər verir ki, qazi Camalov həmin anları Xəzər xəbər-ə danışıb: "Necə doğma hiss ilə öpdü, qucaqladı. Mehriban xanım dedi ki, mən sizin bacınızam. Allah Vətənimizi qorusun".
Qeyd edək ki, həmin vaxt "Teknofest”də iştirak edən qazi Taleh Camalov və Azərbaycan Prezidenti arasında maraqlı dialoq yaşanıb.
Fulya Öztürk: İkinci Qarabağ müharibəsi qazisi də burada, "TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
01.05.2023 12:50
show 511