Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? – FOTOLAR

Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? – FOTOLAR

Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Qlobal.net qafqazinfo-ya istinadən onlardan bir neçəsi barədə məlumatları təqdim edir:
1260924 (6) Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Nihat Abdullayev Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksinin məzunudur. O, ADA universitetinin tələbəsidir. Nihat Abdullayev süni intellekt əsaslı “SamSam” startapı ilə dünyanın ən böyük startap müsabiqələrindən olan “Startap World Cup”da  yarışmaq haqqı qazanıb.

“Samsam” ABŞ-dəki final mərhələdə seçiləcək qalibinə 1 milyon dollarlıq mükafat təqdim edən bu nüfuzlu müsabiqədə ölkəni təmsil edən ən yaxşı 5 startapdan biri kimi yarışıb.

“SamSam” uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan və süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir.
1260924 (5) Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Aytac Əjdərli isə Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O, magistr təhsilini Bakı Mühəndislik Universitetdə alıb.2019-cu ildən “Regional İnkişaf” İctimai Birliyində çalışır.

1260924 (4) Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Prezident mükafatına layiq görülənlərdən Jalə Muradova da Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O da Aytacla birlikdə RİİB-də fəaliyyət göstərir. Jalə eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətində Könüllülərlə iş üzrə baş menecer kimi çalışıb.
1260924 (3) Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova da var. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.
1260924 (2) Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Məmmədzadə Vüqar isə bəstəkardır. 1996-cı ildə Bakıda anadan olub. Vətən müharibəsində könüllü iştirak edib və bir sıra medallarla təltif olunub.
1260924 (1) Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - FOTOLAR

Mircavid Ağalarov AMEA Milli Azərbaycan Tarixi Muzeyində çalışır, Arxeologiya elmi fond şöbəsinin əməkdaşıdır. O, Azərbaycan Universitetində müəllim kimi də fəaliyyət göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button