650c3074e8fe7202309230052
Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

“Yevlax şəhərində keçirilən görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə edilib”. 

Bunu “Sky News Arabia”ya açıqlamasında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. 

Onun sözlərinə görə, bütün məsələ və problemləri bir görüşdə həll etmək mümkün deyil: “Qarabağ ermənilərinin bundan sonrakı taleyi Azərbaycanın daxili məsələsidir. Bugünkü görüş gələcək görüşlərin birincisi oldu”.(qafqazinfo)

21.09.2023 16:00
793