Nelson Mandela şəkil

Prezident Nelson Mandela onu həbsxanada təhqir edəni necə utandırdı? - Çox təsirli əhvalat

Nelson Mandela Cənubi Afrikadakı aparteid rejimini çoxirqli demokratiyaya dəyişdirmək mübarizəsinə liderlik etmiş və dünyanın ən hörmətli siyasi xadimlərindən biri idi. 27 il həbsdə yatandan sonra o, ölkənin birinci qaradərili prezidenti olub və digər münaqişələrə sülh gətirməkdə böyük rolu olub.

Qlobal.net əfsanəvi Nelson Mandela haqda maraqlı əhvalatı təqdim edir:

Prezident olandan sonra cangüdənlərimdən şəhər ətrafında gəzintiyə çıxmağımızı xahiş etdim. Gəzintidən sonra nahar etmək üçün restorana getdik. Mərkəzi restoranların birində oturduq və hər birimizdən nə istədiyimizi soruşdular. Qısa gözləmədən sonra bir ofisiant menyumuzu gətirdi. Bu zaman mən düz bizim qarşısımızdakı stolda oturmuş və sifarişini gözləyən bir kişini gördüm. Onun sifarişi gələndə cangüdənlərdən birinə dedim ki, o kişidən xahiş elə, gəlib bizə qoşulsun. Cangüdən ona yaxınlaşaraq, mənim xahişimi ona çatdırdı. Həmin kişi ayağa qalxdı, boşqabını götürüb yanımda oturdu. Yemək yeyərkən əlləri titrəyirdi, başını bir dəfə də olsun qaldırmırdı. Yeməyimizi yedikdən sonra üzümə belə baxmadan əlini mənə yellədi. Mən onun əlini sıxdım və o çıxıb getdi.

Cangüdənim mənə :
- Madiba, bu adam yəqin ki,bərk xəstələnib, yemək yeyərkən əlləri titrəyirdi.

- Heç də yox! Onun sarsıntısının səbəbi başqadır, - deyə cavab verdim. Onlar mənə qəribə tərzdə baxdılar. Mən onlara dedim:

- Bu adam mənim həbsdə qaldığım həbsxananın gözətçisi idi. Tez-tez məruz qaldığım işgəncələrdən sonra qışqırıb su istəyirdim, o isə məni alçaltmağa gəlirdi, mənə gülürdü,ələ salırdı. Mənə su vermək əvəzinə isə başımı sidiklə murdarladı.

O xəstə deyildi, qorxurdu və titrəyirdi, bəlkə də ehtiyat edirdi ki, indi Cənubi Afrikanın prezidenti olduğum üçün onu həbsxanaya göndərəcəm və mənə etdiyi işgəncə və alçaldıcı şeyləri mən də ona edəcəyəm. Amma bunu mən etmərəm,.Bu davranış mənim xarakterimə və etikama uyğun deyil. İntiqam axtaran ağıllar dövləti məhv edir, barışıq axtaranlar isə millət yaradır.

Fidan
Qlobal.net
17.05.2025 17:50
show 20