milli məclis

Prezident bu şəxsləri də əfv etsin - Deputatdan TƏKLİF

“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”. 

Qlobal.net xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

Q.Həsənquliyev həmçinin çıxışında Azərbaycanın D-8 təşkilatına üzvlüyü məsələsinə də toxunub: “Dünən böyük D-8 təşkilatına üzv olmağımız münasibətilə xalqımızı təbrik edir və daha böyük təşkilat olan ÜTT-yə üzv olmaq üçün höküməti yubanmadan zəruri qərarlar qəbul etməyə çağırıram”, - deputat bildirib. (sfera.az)

20.12.2024 12:39
show 141