63a7171af1e80202212221330
Prezident Aygün Bəylərə ev verdi

Prezident İlham Əliyev Əməkdar artist Aygün Bəylərə ev hədiyyə edib.

Qlobal.net xəbər verir ki, müğənni bu xəbəri Xəzər TV-də qonağı olduğu "Söhbət musiqidən gedir" verilişində öyrənib.

Məlumata görə, Aygün Bəylər illər əvvəl konserti üçün öz evini girov qoyub. Lakin həmin il "Günəşli" yatağında faciə baş verdiyi üçün konsert təxirə salınmışdı. Nəticədə sənətçi evinin pulunu itirmişdi.

İfaçı ev probleminin həlli üçün Heydər Əliyev fonduna müraciət edib. Onun bu müraciətinə müsbət cavab gəlib.

Həmin müsbət cavabı isə A. Bəylər qonaq olduğu verilişdə, aparıcıdan eşidib və efirdə duyğusal anlar yaşanıb.

Görüntüləri təqdim edirik:


24.12.2022 19:12
show 1049