Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qlobal.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident həmçinin Əkbər Bəxtiyar oğlu Abbasovun Lerik, Elvin Nazim oğlu Paşayevin Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.