Prezident Administrasiyasından Xankəndi ilə bağlı YENİ XƏBƏR
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış
Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi
tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə
başlanılıb.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatında qeyd olunur.
Bildirilir ki, Azərbaycan Respublikasının səhiyyə qurumlarının
məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o
cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım
briqadası Xankəndiyə ezam edilib.
Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti
qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə
tutulur.