photo_32669607
Polis rəisi avtomobillə adam öldürdü
Tovuzda piyadanın ölümü ilə nəticələn avtomobil qəzası baş verib.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan KİA markalı avtomobil 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.


08.08.2022 10:32
show 884