6387530ae09c7202211225642
Polis Elza Seyidcahanın avtomobilini cərimə meydançasına apardı

"Bura gələndə maşınımı cərimə meydançasına apardılar"
Qlobal.net xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan "Günün sədası" proqramında deyib. 

"Cəriməm var idi. Vaxtında cəriməni ödəmirəm və yığılır. Texniki baxış etmirəm, ona görə yığılıb qalır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik" - deyə, Elza qeyd edib.

O, bildirib ki, avtomobil duracağa yerləşdirildiyi üçün verilişə taksi ilə gəlib və yaxın günlərdə cərimə ilə bağlı məsələləri həll edəcək. 

30.11.2022 16:55
365