64e0518085765202308232208
“Polat Alemdar”ın sərvəti açıqlandı – 18 ev…

Məşhur “Kurtlar Vadisi” serialında Polat Alemdar obrazını canlandıran aktyor Necati Şaşmazın sərvəti açıqlanıb.

Onun 18 evinin olduğu bildirilib. Əlavə edilib ki, sənətçinin 1 evinin dəyəri orta hesabla 2 milyon 600 min dollardır. 

Aktyor həmçinin qardaşı Naci Şaşmaz ilə birlikdə Gerede rayonunda fermaya sahibdir. N.Şaşmaz davamlı olaraq bu sahəyə yatırım edir. Bundan əvvəl isə o, sözügedən rayonda ağac fabriki açmışdı. (sfer.az)

19.08.2023 09:20
480