66f66a9291e88202409241930
Polad Həşimovun anasından ürəkdağlayan görüntülər - VİDEO

27 Sentyabr - Anım Günü ilə bağlı II Fəxri xiyabanda şəhidlərin məzarları ziyarət olunur. 

Qlobal.net xəbər verir ki, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Haşımova da Anım Günündə oğlunun məzarı başındadır: 

"Millət, Vətən, xalq sağ olsun. Həmişə Polad Haşımovun yanındadırlar. Qarabağ bu gün azaddır. Oğlum dişi ilə, dırnağı ilə Qarabağı azad etdi. O, valideynlərinin üzünü ağ etdi. Atasına, anasına, xalqına layiqli övlad oldu".  (musavat.com)


27.09.2024 12:18
show 129