27 sentyabr Anım günü münasibətilə 2-ci Fəxri Xiyabanda şəhidlərimizi ziyarət etdik. Bəlkə də çoxları fikir vermədi. Şəhid məzarlarının üstündəki Türkiyə bayraqları kimlərinsə tərəfindən çıxarılıb. Yalnız general Polad Həşimovun məzarında Türkiyə bayrağı qalır.
Yenipress.az xəbər verir ki, bu sözləri şəhid-mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.
O bildirib ki, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım gecə ilə sökülən bayrağı yerinə asdırıb:
“Nə qədər canımızda can var, Azərbaycan-Türkiyə bayraqları yan-yana dalğalanacaq”.
Elyar İslamoğlu qeyd edib ki, videonu Polad Həşimovun qardaşı İlham Həşimov çəkib.