"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova ilə aparıcı Zaur Nəbioğlu arasında qalmaqal pik həddə çatıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "İncə səhər" verilişində bildirib ki, Zaur onun şəklini efirdə nümayiş edərək aşağılayır və gözdən salır.
Günel efirdə Zaura sonuncu dəfə xəbərdarlıq ünvanlayıb: "6-7 veriliş var ki, mən ora rahatlıqla qonaq gedirəm. Çünki bilirəm ki,
o verilişlərin aparıcıları sənətimi yerə vurmayacaqlar. Amma elə
proqramlar da var ki, ora getmək istəmirsən, çünki özünü orada
görmürsən. Savadı olmayan bir aparıcı sənə nə sual verəcək? Mən onun
mənə verdiyi sualdan qıcıqlanacağam, əsəbiləşəcəyəm. Ondansa, getmirəm.
Elə ora gedən zamanı övladıma həsr edərəm, onunla birgə o vaxtı
keçirərəm. Evdə otururam görürəm ki, kimlərsə, sənin bu sənətdə çəkdiyin
əziyyətini yerə vurur. Halbuki, o aparıcı gözəl bilir ki, dəfələrlə mən
Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmişəm.
O aparıcı ilə münasibətim yoxdur. O verilişinə bir neçə müğənnini
çağırır, şəkillərimi göstərib, müzakirə edib məni aşağılayırlar. Mən
bunları etməyə heç kimə yol vermərəm.
Onlar məni danışmağa məcbur və vadar edirlər. Çünki susduqca üst-üstə
aşağılamaqdan məni davam edirlər. Hər kəsə həddini bildirməliyəm. Nəsə
ağır bir söz eşitmək istəmirsənsə, kiməsə də nəsə ağır bir kəlimə
deməməlisən. Sonuncu dəfə deyirəm, beynimi xarab eləmə... Sənin haqqında
elə açıqlamalar edərəm ki, ümumiyyətlə daha veriliş apara bilmərsən.
Hər şeyin günahkarı bu aparıcıdır".