"Bəli, nişanlanmışıq. Pis nə etmişik ki?"
Bunu News24.az-a açıqlamasında şəhid Elçin Mustafazadənin qardaşı Elvin Mustafazadə deyib: "Bizim
nişanlanmağımız bu insanları niyə maraqlandırır axı... Kimin nəyinə
lazımdır?! Mən heç kimə heç nə açıqlamaq məcburiyyətində deyiləm. Nə
istəyirlər, onu da düşünsünlər. Mənim böyüklərim var, öz qərarlarım var.
İnsanların sosial şəbəkədə nə yazması məni maraqlandırmır. Nişan
şəkillərini də məndən icazəsiz paylaşıblar. Şəhidin evinin yerini
bilməyən, ailəsini tanımayan insanlar indi bizi müzakirə edirlər?! Bəli,
nişanlanmışıq. Pis nə etmişik ki? Məleykə istədiyi zaman gedib
qardaşımın məzarını ziyarət edəcək. İstədiyi zaman onun
haqqında danışacaq"