65c4d95547c25202402243829
Pərvin ÖZÜNDƏN ÇIXDI: “Sən mənə necə dönər yedizdirə bilərsən?”

Türkiyədə aktyora, aktrisaya daha çox dəyər, qiymət verirlər".

Qlobal.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva "Günə son" verilişində deyib.

Yerli film sektorundan şikayətlənən Abiyeva bundan sonra seriallarda rol almayacağını bildirib: "Mən baş rol aktrisasıyam da, sən mənə necə gətirib dönər və yaxud kolbasa-çörək yedizdirə bilərsən? Sən bunun qarşılığında məndən nə gözləyirsən? Sən çəkiliş pavilyonunda hansısa texniki problemə görə aktrisanı 6 saat necə gözlədə bilərsən? Mən seriallarda oynamaqdan birdəfəlik imtina etmişəm. Artıq 7-8 ildir ki heç bir serialda rol almıram".

08.02.2024 17:37
show 459