Pərvin Abıyevanın ölkədən çıxışına “stop” qoyula bilər
Aktrisa Pərvin Abıyevayanın ölkədən çıxışına qadağa qoyula bilər.
Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.
Araşdırmalarımız zamanı bəlli olub ki, aktrisanın vergi borcu var. Onun bu günə olan vergi borcu 9686.03 AZN təşkil edir.
Pərvin
Abıyeva isə Qaynarinfo-ya açıqlamasında məsələdən məlumatsız olduğunu
bildirib. "Mənə bu haqda heç bir məlumat verilməyib. Bu, yanlış
məlumatdır. Əgər mənim bundan xəbərim yoxdursa, necə ölkədən çıxışıma
qadağa qoyula bilər”,- akstrisa deyib. O, növbəti sualımızı dinləmədən
telefonu qapadıb.
Ondan sonra aktrisa ilə yenidən əlaqə
saxladıq. Telefonu açan aktrisa qıqşqıra-qışqıra "Danışmaq istəmirəm,
siz də məni danışmağa məcbur etmək istəyirsiniz. Gedin, nə istəyirsiniz
yazın”, - deyərək yenidən telefonu qapadıb.