Aktrisa Pərvin Abıyeva estetik əməliyyat keçirib.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, bu haqda məşhur sosial şəbəkə hesabında məlumat yayıb.
Abıyeva kosmetoloji prosedurdan sonra güzgü qarşısına keçərək, yeni görünüşünü lentə alıb. Pərvin bildirib ki, o "full face" proseduru etdirib.
"Full face" proseduru zamanı dəri altında olan əzələlər və dəstək
toxumalar da sıxılır. Üz gərdirmə əməliyyatlarında aşağıya doğru
sallanan dəri və toxumalar yuxarı çəkilərək bərpa edilir. Beləliklə,
sallanma və qırışlardan şikayət edən xəstələr daha gənc görünürlər.
Aktrisa əldə etdiyi nəticədən "yerlə-göy" qədər razı qaldığını vurğulayıb.
Qeyd edək ki, bu P.Abıyevanın ilk estetik əməliyyatı deyil. Beləki ulduz daha əvvəl üzündə və əllərində kök hüceyrə əməliyyatı etdirmişdi.