Bu sözləri aktrisa Pərvin Abıyeva Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan “Qırmızı” layihəsində həmcinsləri ilə münasibət yaşayan insanlar barəsində verilən sualları cavablandırarkən deyib.
Sənətçi bildirib ki, insanları qınamağı sevmir, lakin özünün orientasiyası ilə bağlı heç bir problemi yoxdur.
"Əgər meylim olsaydı, adım çoxdan bir qız və ya qadınla hallanmışdı. Bilirsiniz ki, adım kimlərlə birgə çıxıb və hallanıb. Yəni hər zaman əks cins olub. Şükür ki, əks cinsə meyilliyəm, bir qadına yox", - aktrisa bildirib.
Kino ulduzu həmçinin şəxsi həyatında yaşanan uğursuzluqlardan danışıb. Ona edilən evlilik təkliflərinin də yalan olduğunu deyib.
PAYLAŞ