Pərvanə Xoşqədəmi məhkəməyə verir

Pərvanə "Səni Axtarıram"ı məhkəməyə verir - ŞOK FAKTLAR

"ARB" kanalında yayımlanan “Səni Axtarıram” proqramının efirində hüquqlarının pozulduğunu iddia edən  qadın mətbuat vasitəi ilə şikayətini ünvanlayıb.

Bu barədə Oxu24.com saytına müraciət edən Pərvanə Məhərrəmova özü məlumat verib.

Qadının sözlərinə görə, Xoşqədəm Hidayətqızının müəllif və aparıcısı olduğu “Səni Axtarıram”proqramında onun xərçəng  xəstəsi  olması barədə efirdə həqiqətə uyğun olmayan məlumat  səsləndirilib. Bu saxta məlumatdan sonra ailə dərin  sarsıntı keçirib .Daha sonra isə əsl həqiqət üzə çıxanda,ailə sözün əsl mənasında şok keçirib. Qadının sözlərinə görə,təkrar müayinələrdən sonra onun xərçəng xəstəsi olmamamsı üzə çıxıb.

“Mən ailə məsələlərimlə bağlı Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu “Səni Axtarıram” verilişinə müraciət etdim. Verilişdə  problemlər müzakirə olunan  zaman  16 noyabr 2024-cü il tarixdə “Səni Axtarıram” proqramının yayımlanmış növbəti bölümü zamanı Xoşqədəm Baxşəliyeva mənim 4-cü dərəcə qarın boşluğuna yayılmış xərçəng xəstəsi olduğumu canlı yayımda bildirdi.  Bu xəbərdən sonra studiyada  olan valideynlərim,ekran başında efiri izləyən övladlarım şok keçirdilər.  Mən özüm  də bu xəbərdən çox sarsıldım. O anda nə edəcəyimizi bilmirdik. Qoyulan diaqnoz əsasında  iki ay ərzində  məni 5 dəfə “kimyaterapiya” etdilər. Terapiya aldığım müddətdə halsız olmağıma rəğmən efirə çıxmağa məcbur edilirdim.Sən demə Xoşqədəm Hidayətqızı yaratdığı saxta xəstəlik şousu ətrafında reytinq qazanırmış”,- deyə şikayətçi  bildirib.

Pərvanə Məhərrəmovanın sözlərinə görə,ona xərçəng diaqnozu qoyulandan sonra Gürcüstana qayıdıb. Orada müayinələrdən keçən zaman məlum olub ki,onda heç bir xərçəng xəstəliyi yoxdur.

Məlumat üçün qeyd edək ki, xəstənin ilkin müayinəsi “MedEra” Hospitalının  həkimləri  tərəfindən edilib.  Daha sonra həmin müayinələr və analizlər əsasında çıxarılan tibbi nəticələr  əsasında  Milli Onkologiya  Mərkəzinin  həkimi  Anar Məmmədov xəstəni qəbul edib. Ona ağır xərçəng xəstəsi  olması  diaqnozunu qoyub və “kimyaterapiya” proseslərinə başlayıb.

Oxu24.com  Gürcüstanda  Pərvanə  Məhərrəmovanı  müayinə  edən  klinika  ilə  əlaqə  saxlayıb.

Gürcüstanda yerləşən “Axali Sicocxle” klinikasının meneceri Diana  Nağıyeva saytımıza açıqlamasında bildirib ki,sözügedən şəxs onların xəstəxanasında müayinələrdən keçib. Ona  Azərbaycanda  qoyulan  xərçəng diaqnozunun doğru olmadığı üzə çıxıb. 

“Bizim klinikanın onkoloqu İrina Əliyeva Pərvanə xanımı müayinə etdi. Məlum oldu ki,ona qoyulan xərçəng diaqnozu səhvdir.Xəstənin mədəsində “polip” aşkarlandı. Buna uyğun müalicələr təyin edildi”,-deyə  xəstəxananın  meneceri  saytımıza  bildirib.

Mövzu ilə bağlı Pərvanə Məhərrəmovanın hüquqi nümayəndəsi,hüquqşünas Samir Zeynalov bildirib ki, müdafiə etdiyi şəxsin hüquqları efir vasitəsi ilə ciddi şəkildə pozulub.

“Əməkdar jurnalist olmasına baxmayaraq, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının”nın 3.11-ci bəndini və “Media haqqında Azərbaycan Respublikası Qanunu”nun 14-cü maddəsinin tələblərini  pozmaqdan çəkinməyən “Səni Axtarıram” proqramının aparıcısı Baxşəliyeva Xoşqədəm Hidayət qızı bu dəfəki tükürpədən rüsvayçılığı Gürcüstandan olan Pərvanə və İzafət cütlüyü barəsində gerçəkləşdirib. Təsadüfi deyil ki, yol vermiş olduğu pozuntulara görə iki ay əvvəl iki vətəndaşın müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsi Xoşqədəm Baxşəliyevaya və “ARB”Tv-na bəzi efir müzakirələrini qadağan edən qərarlar qəbul edib. Həmin qərarlardan nəticə çıxarmayan, habelə “Milli Audioviziual Şura”nın fəaliyyətsizliyindən bəhrələnən məlum şəxs qeyd etdiyim kimi Pərvanə və İzafət cütlüyünü rüsvayçılığa, o cümlədən aradan qalxması mümkün olmayan mənəvi zərərə məruz qoyub”,-deyə hüquqşünas bildirib. 

06.03.2025 13:11
show 346