28.06.2021
11:08
109

Pepe Avropa çempionatları tarixinə düşdü

Loading...

Portuqaliya milli komandasının futbolçusu Pepe Avropa çempionatlarının tarixinə düşüb.

Təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qocaman oyunçu sayılıb. Pepe buna 38 yaş 121 günündə ikən Belçikaya 0:1 hesabı ilə uduzduqları 1/8 final oyununun start heyətində yer almaqla, nail olub.

Qeyd edək ki, Avropa çempionatları tarixinin qol vuran ən yaşlı futbolçusu Avstriya millisinin sabiq üzvü İviça Vastiçdir. O, AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib

Loading...