Pensiyalarla bağlı sevindirici xəbər - Pullar geri qaytarıla bilər... - VİDEO
Azərbaycanda özəl pensiya fondları yaradıla bilər.
Qlobal.net xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə
Fondunun sədri Himalay Məmişov qurumun 6 aylıq hesabatı ilə bağlı
keçirilən mətbuat konfransında danışıb.
O bildirib ki, bunun üçün qanunvericilik bazası təkmilləşdirilir və aidiyyatı qurumlarla razılaşdırılma prosesi aparılır:
"Özəl pensiya fondlarına investisiyalar uzunmüddətli investisiyalar
hesab olunur. Bu zaman həmin pensiya fondlarının dayanıqlılığına
nəzarət olunması, vətəndaşların ödədiyi məbləğlərin pensiya qismində
onlara geri qaytarılması normativ bazada tənzimlənməlidir. Bu
istiqamətdə biz qanunvericilik aktlarının təkmilləşdirilməsi və
aidiyyatı qurumlarla razılaşdırılma prosesini aparırıq".