Pensiyalar və müavinətlərlə bağlı ŞAD XƏBƏR - Yanvarın 1-dən artımlar olacaq
Əmək pensiyalarının orta aylıq məbləği 12 faiz artıb.
Qlobal.net xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə
Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat
konfrasında bildirib.
O əlavə edib ki, cari ildə əmək pensiyalarının orta aylıq məbləği
372 manat təşkil edib. 2023-cü il üzrə bu məbləğ 423 manat
proqnozlaşdırılıb.
"Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu
zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə
müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.
Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının
artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə
Himalay Məmişov vurğulayıb. (baku.vs)