Pensiyalar nə qədər qalxıb? - 2025

Pensiyalar nə qədər qalxıb? - 2025

2025-ci ilin yanvar ayından bır sıra artımlar qüvvəyə minib. Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da, artımlar məhz bu aydan hesablanır. 2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq rəsmi göstərici isə gələn ayın əvvəllərində elan ediləcək.

Minimum pensiya məbləğisə 280 manatdan 320 manata çatdırılıb. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar.

Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamı ilə isə bu aydan etibarən ehtiyac meyarı 285 manata çatdırılıb.

"Ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin bu ildən artmasına səbəb olacaq. Bu 900 manat gəliri olan və 5 üzvü olan ailədə aylıq sosial yardım məbləğinin orta hesabla 450 manatdan 525 manatadək yüksəlməsi deməkdir.

Artımların ödənilməsinə gəldikdə isə, yeni ehtiyac meyarı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayanlara şamil olunacaq. Yəni, əgər vətəndaşın müraciətinə bu ay müsbət cavab verilib ona yardım ödənilməsi ilə bağlı qərar veriləcəksə o artırılmış məbləğ ilə yardımı bu aydan alacaq.

Fidan
Qlobal.net

08.01.2025 05:00
show 196