Pensiyalar ən azı 15 faiz artırılacaq - Nazir
Hər il pensiyalar üzrə indeksasiya aparılır. Bu il inflyasiya da
var. Buna görə də biz inflyasiyanın təsirlərini pensiyaçılara
kompensasiya etməliyik.
Bunu Milli Məclisin bu gün
keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
maliyyə naziri Samir Şərifov bildirib.
Samir Şərifovun sözlərinə görə, 2018-2019-cu illərdə minimum əmək haqqı
130 manatdan 200 manata çatdırılıb ki, bu paket də 4 milyard manata başa
gəlib: "Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz
əhəmiyyətli dərəcədə artır. Söhbət 15%-dən az olmayan indeksasiyadan
gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik".