Pensiyalar BU QƏDƏR ARTIR - Rəsmi rəqəmlər
Pensiyalarda artım faizi elan olunub.
Qlobal.net xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü
Vüqar Bayramov rəsmi rəqəmləri açıqlayıb:
Yardımların
pensiya məbləğinə əlavə olunmasından sonra indeksasiyanın aparılması
artıq reallaşmaqdadır. Dövlət Statistika Komitəsi bu gün 2022-ci ildə
orta aylıq əmək haqqında artım faizini elan edib. Bütün növ əmək
pensiyalarında 14.7 % artım olacaq. Ölkə Prezidenti tərəfindən sərəncam
imzalandıqdan sonra pensiyalardakı artım reallaşacaq.
Vahid
indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya
məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək
haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur.
Ötən il
pensiyası 300 manat olan vətəndaşımız üçün ikinci artım faizi belə
hesablanacaq: 316.7 manat X indeksasiya faizi= yeni pensiya məbləği.
Yəni, 316.7 manat x 14.7 faiz = 46.55 manat. Bizim nümunədə, 300 manat
pensiya alan vətəndaşımızın hər iki artımdan sonra pensiya məbləği belə
olacaq: 300 manat + 16.7 manat + 46.55 manat= 363.25 manat. Bu artım hər
ay ödəniləcək.
Əvəllər də qeyd etidiyimiz kimi, 2022-ci ildə orta
aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika fevralda bəlli olduğu
üçün indeksasiya da məhz o zaman aparılır. Pensiya artımları yanvarın
1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə
ödəniləcək. Bu o deməkdir ki, 300 manat pensiya alan pensiyaçının fevral
ayında ödənişi belə olacaq: 300 manat + 16.7 manat + 46.55 manat
(yanvar üzrə indeksasiya artımı) + 46.55 manat (fevral üzrə indeksasiya
artımı) = 409.8 manat. Deməli, 300 manat pensiya alan vətəndaşımızın
pensiya məbləği fevral ayında 409.8 manat, mart ayından etibarən isə
363.25 manat alacaq.
Qanunvericiliyə edilən dəyişikliklərdən sonra bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiyalarında artım hesablanacaq.