63ad5b7ed7d20202212221854
Pensiya ilə bağlı YENİ DƏYİŞİKLİK: 25 il stajı olmayanlar...

Azərbaycan Prezidenti dünən “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib.

Bəs yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?

Qlobal.net xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.

"Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq, əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o ştaj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır".

V.Bayramov qeyd etdi ki, praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

29.12.2022 13:18
show 11391