6500a0a6c16f0202309233222
Pensiya ala bilməyənlərə SEVİNDİRİCİ XƏBƏR - Hər ay 220 manat...

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. “Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub.


Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb.


Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə pensiya yaşına çatıb, lakin pensiya almaq üçün tələb olunan stajı və ya digər lazımi tələbələri tamamlaya bilməyən şəxslər üçün hər hansısa bir yardım növü var?


Bu barədə hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər:


“Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin məbləği 220 manatdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün hazırda 63 yaş 6 aydır”.

Hüquqşünas bildirib ki, bu yaşa çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər. Onun sözlərinə görə, bəzi şəxslərin isə sosial müavinəti yaş həddi 5 il azaldılmaqla təyin edilir: “Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara və əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara verilir.”


Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə, yəni bu kateqoriyadan olan şəxlərin pensiya yaşına çatmasına 5 il qalmış daha öncədən yaşa görə sosial müavinət almaq hüquqları var – deyə Turan Abdullazadə qeyd edib.


12.09.2023 21:30
show 1596