Pendir süddən alınan kalsium mənbəyi kimi tanınan bir qidadır. İnək, keçi,
qoyun və camış südündən hazırlanan pendir qida dəyəri baxımından çox zəngindir.
Qlobal.net bildirir ki, pendirin tərkibində olan A, D, K vitaminləri və sink sümük sağlamlığına kömək
edir.
1)Diş çürüməsinin qarşısını alır: Güclü dişlər
üçün ən vacib şey kalsiumdur. Bu pendirdə də bol olur. Pendirdə dişlərə zərərli
olan laktozanın az olması da bunda amildir. Bəzi ölkələrdə mavi, Monterey Cek,
Brie, Çedar, İsveçrə və Gouda kimi pendirlər yeməkdən sonra və ya qəlyanaltı
olaraq istehlak edilir.
2)Xərçəngin qarşısını alır: Pendirdə olan linoleik asit, sfingolipidler və B vitaminleri xərçəngə qarşı çox önəmli rol oynayırlar.
3)Kökəltmir, bədəni formada saxlayır: Tərkibində
az yağ olan kəsmik kimi pendirləri balanslı şəkildə istehlak etsəniz, uyğun bədən
çəkisi, əzələ kütləsi və sümük sıxlığına nail olacaqsınız. Pendir, uyğun yağ,
kalsium, zülal və vitamin tərkibi ilə balanslı metabolizmə malik güclü əzələlərə
və sümüklərə sahib olmanızı təmin edir.
4)Sümük möhkəmliyini artırır: Yaşlılarda, uşaqlarda, hamilə
və süd verən qadınlarda sümükləri möhkəmləndirmək üçün yaxşı bir kalsium və B
vitamini mənbəyi lazımdır. Bu mənbələrdən biri də pendirdir.
5)Osteoporozun qarşısını alır: Osteoporoz
kalsium çatışmazlığından yaranır. Xüsusilə azalmış estrogenli menopozlu
qadınlar üçün kalsium və protein mənbəyi lazımdır. Pendir osteoporozun
qarşısını alan ən məşhur qida mənbəyidir.
6)Hamilə qadınlar üçün yaxşı təsirlidir: Pendir hamilə
qadınlar üçün çox yaxşı qidadır. Doğuş zamanı yaxşı doğuş və sancılar təmin etməyə
kömək edir. O, həmçinin körpənin qidalanması üçün tərli süd istehsalını təmin
edir.
7)Dərini gözəlləşdirir: Pendirdə olan A, B, C və E
vitaminləri dəri üçün canlılıq, parlaqlıq və gözəllik kremidir.
8)Menstruasiyada gərginliyi azaldır: Pendir
qadınlarda PMS əlamətlərini və problemlərini azaldır.
9)Miqrenə yaxşı təsir üdir: Pendir
miqren ağrısını aradan qaldırmağa kömək edir. Kalsium qəbulu reninin yaratdığı
problemləri azaldır. Kalsium pendirdə boldur.
10)İmmuniteti gücləndirir: Bəzi pendirlər
immunitet sisteminin gücləndirilməsində və düzgün funksiyaların qurulmasında
son dərəcə müsbət nəticələr verir.
11)Dəri sağlamlığını qoruyur: Pendir tərkibindəki
B vitaminləri sayəsində hüceyrə mübadiləsinə və hüceyrələrin yenilənməsinə kömək
edir. Tərkibindəki A, C və E vitaminləri sayəsində dəridəki ləkələrin qarşısını
alır, həmçinin selülitin qarşısını alır.
12)Yuxunuzu yaxşılaşdırır: Pendirin
yuxunu stimullaşdırdığı sübut edilmişdir. Bu xüsusiyyət sayəsində yuxusuzluq
problemlərini aradan qaldırır.
13)Saç sağlamlığını qoruyur: Az yağlı
pendir yaxşı bir zülal qaynağı olduğu üçün səhər yeməyi və naharda yumurta, təzə
çiyələk və meyvələrlə birlikdə istehlak edildikdə saçlarınız üçün çox
faydalıdır. Bundan əlavə, kəsmik pendirində olan kalsium zülalla birlikdə qəbul
edilərsə, parlaq və sağlam saçlara sahib olarsınız.
Səbinə
Qlobal.net