643a983f49211202304232743
Paytaxtda DƏHŞƏTLİ QƏZA: Zərbə kişini avtomobilin üzərinə tulladı - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən KIA markalı avtomobilin sürücüsü yol kənarında dayanan “Opel” və “Mercedes-Benz E-class” markalı avtomobillərə çırpılıb.

Zərbə dalğası “Opel” markalı nəqliyyat vasitəsinin arxasında dayanan kişini yaxınlıqdakı BMW markalı avtomobilin üzərinə atıb.

Şəxsin xəsarət alması ilə bağlı dəqiq məlumat yoxdur (oxu.az).

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

15.04.2023 16:27
show 1144