bakı
Paytaxt saxinlərinin NƏZƏRİNƏ: Bu gün saat 10-dan...

Bu gün Bakının iki rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qlobal.net xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyini məlumat yayıb.

Bildirilib ki, Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Nərimanov rayonunun Ziya Bünyadov küçəsində yeni çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində orta təzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar iyunun 21-i saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsinin, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli, Ağa Nemətulla, Ə.Rəcəbli küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

21.06.2024 06:51
show 1130