Payız xurması (diospyros, xalq arasında "cennet meyvəsi" olaraq da bilinir) dadlı və qidalandırıcı bir meyvədir.
Qlobal.net xəbər verir ki, tərkibindəki vitaminlər, minerallar və antioksidantlar sağlamlıq üçün bir çox fayda təmin edir.
Payız xurmasının əsas faydalarını aşağıdakılardır:
Payız xurması A, C, E və B qrupu vitaminləri ilə zəngindir. Həmçinin kalium, fosfor, maqnezium və manqan kimi minerallarla doludur. Bu maddələr orqanizmin ümumi sağlamlığını dəstəkləyir.
Tərkibindəki beta-karoten, lutein, və zeaksantin kimi antioksidantlar bədəni sərbəst radikalların zərərindən qoruyur. Bu, xərçəng riskini azaltmağa və hüceyrə zədələnməsini yavaşlatmağa kömək edə bilər.
Payız xurması liflə zəngindir və bu, həzm sisteminin sağlam işləməsinə kömək edir. Qəbizliyi aradan qaldırmaq və bağırsaq funksiyalarını yaxşılaşdırmaq üçün ideal bir meyvədir.
Təbii şəkərlərlə zəngin olan xurma enerji səviyyəsini artırır. İdmandan əvvəl və ya günorta yorğunluğunu aradan qaldırmaq üçün əla bir seçimdir.
Az kalorili və liflə zəngin olduğu üçün uzun müddət toxluq hissi yaradır. Bu xüsusiyyəti arıqlama proqramında olanlar üçün faydalıdır.
Tərkibindəki maqnezium və B qrupu vitaminləri əsəbləri sakitləşdirir, stresi azaldır və zehni fəaliyyətləri yaxşılaşdırır.
Qeyd: Xurmanın yetişmiş halda istehlak olunması tövsiyə edilir, çünki yetişməmiş xurma tərkibindəki taninlər səbəbilə ağızda acılıq yarada bilər. Həmçinin şəkər xəstələri bu meyvəni istehlak edərkən miqdarı nəzarətdə saxlamalıdır.