65d73dc0b68ad202402242744

Paşinyanın müavinindən Kamil Zeynallı ilə bağlı ŞOK AÇIQLAMA - İrəvanda SKANDAL!

Bu gün gecə saatlarında Kamil Zeynallının Rusiyadan Azərbaycana qaytarılması Ermənistan hakimiyyətini ciddi narahat etməyə başlayıb.

Qlobal.net Titul.az-a istinadən xəbər verir ki, həbsini gözlədikləri Kamilin qəfil sərbəst buraxılması Ermənistan DİN-i və Nikol Paşinyanın müavini Qriqoryanın açıqlamalar verməsinə gətirib çıxarıb.

Ermənistan DİN-dən edilən açıqlama "Kamil Zeynallı barəsində Rusiyada həbs qətimkan tədbiri seçilməli idi. Ermənistan tərəfi ekstradisiya protokolunda nəzərdə tutulmuş sənədlər paketini hazırlayıb və onları Rusiya hüquq-mühafizə orqanlarına təhvil verəcək.  K.Zeynallı azadlığa buraxılsa da, Ermənistan onun xarici ölkələrə səfəri zamanı ekstradisiya üçün zəruri tədbirlərin görülməsi işlərini davam etdirəcək", - deyə açıqlama verib.

Jurnalistlərə açıqlamasında Paşinyanın müavini Qriqoryan isə bildirib ki, Ermənistan Kamil Zeynallının azadlığa buraxılması ilə bağlı Rusiyadan rəsmi açıqlama gözləyir.

Qeyd edək ki, ötən gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılmışdı. Sosial şəbəkələrdə Kamil Zeynallıya qarşı irəli sürülən ittihamın surəti paylaşılıb.

Sözügedən sənədə əsasən, ittihamda göstərilir ki, K.Zeynallı Ermənistanda CM-nin 149.1.1., 135.1.1., 135.6.1., 135.11.1., 140.2.2. və 147.1-ci maddələri ilə ittiham olunurdu.

Ermənistan Cinayət Məcəlləsinin sözügedən maddələri bunları əhatə edir:

135-ci maddə (İnsanlığa qarşı cinayətlər):

- 135.1.1. – qətl

- 135.6.1. – işgəncə

135.11.1. - insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər.

CM-in 140-cı maddəsi (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər):

- 140.2.2. Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək.

147.1

- Muzdlu cəlb etmək, muzdluların təlim düşərgəsini təşkil etmək, muzdlu kimi fəaliyyət göstərmək üzrə bacarıqları öyrətmək və ya öyrənmək, muzdluları maliyyələşdirmək, silahlı münaqişə və ya hərbi əməliyyatlarda muzdlulardan istifadə etmək, yaxud silahlı münaqişə və ya döyüş əməliyyatlarında və ya razılaşdırılmış zorakılıq aktlarında muzdlu kimi iştirak etmək.

Maddə 149 (Təcavüz)

- 149.1. 1. Dövlətin siyasi və ya hərbi əməliyyatlarına faktiki rəhbərlik edən və ya onlara nəzarət edən və ya istiqamətləndirən şəxs tərəfindən təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi.

Xatırladaq ki, Kamil Zeynallı Moskvada saxlanılması barədə “Instagram” hesabında məlumat verib. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını bildirmişdi. O qeyd edib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini söyləmişdi. 

22.02.2024 16:26
show 424