650c160cb48e3202309230812
Paşinyan xalqa müraciət etdi: “Asan deyil, amma...”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Günü münasibətilə xalqa təbrik müraciəti ünvanlayıb. 

Sfera.az Ermənistan mətbuatına istinadən bildirir ki, o, ölkəsinin sülh danışıqlarından başqa yolu qalmadığını söyləyib. 

“Bizə müstəqilliyi və suverenliyi, o cümlədən təhlükəsizliyi təmin edən münaqişəsiz bir mühit lazımdır. Çoxları bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmağın kifayət etmədiyinə inanır. Amma biz hazırkı şəraitdə sülhə daha çox dəyər verməli, bunu atəşkəslə qarışdırmamalıyıq. Sülh dövlətlərarası, millətlərarası münaqişələrdən uzaq bir mühitdir”.

Nikol sülhə gedən yolun asan olmadığını vurğulayıb: “Biz bu yoldan müstəqillik, dövlətçilik, gələcək naminə keçməliyik”. 

Ermənistan baş naziri müraciət boyunca müxtəlif məsələlərə toxunsa da, Qarabağla bağlı birbaşa söz deməyib.

 

21.09.2023 14:07
show 793