SiyasətMaraqlı

Paşinyan sülh anlaşmasından sonra əhaliyə ÇAĞIRIŞ ETDİ

“Ermənistan və Azərbaycan artıq Vaşinqtonda sənədləri imzalayaraq sülhü təmin etdilər”.

Qlobal.net xəbər verir ki, bunu onlayn yayımlanan mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, baş verənləri tarixi hadisə adlandırıb:

“Bu gün baş verənlər tarixi hadisədir. Mən artıq bir neçə aydır deyirəm ki, Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün deyə bilərik ki, sülh təmin olundu və bu, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş verdi”.

Paşinyan əlavə edib ki, kommunikasiyaların və sərhədlərin açılması Ermənistan iqtisadiyyatına milyardlarla investisiya cəlb edəcək. Baş nazir ölkə vətəndaşlarını sülh gündəmi ətrafında birləşməyə çağırıb.

Xatırladaq ki, cümə günü axşam saatlarında Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə kommunikasiyaların açılması haqqında memorandum imzalayıblar. Zəngəzurdan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yol “Tramp yolu” adlanacaq. (musavat.com)

Related Articles

Bir cavab yazın

Back to top button