Yayın gəlişi ilə bəşəriyyətin yarısı demək olar ki, ağ rəngli geyimlərə üstünlük verir.
Bu da təsadüfi deyil. Açıq rəngli geyimlər həm mövsüm havasına uyğundur, həm günəş şüalarının zərərindən qoruyur, həm də sahibinin gözəlliyini maksimum dərəcədə vurğulayır.
Ağ paltarları yuyarkən aspirin üsulu ilə ləkələrin tamamilə çıxmasını təmin etmək mümkündür.
Aspirin
Ağ paltarların ilk günkü kimi ağappaq qalması çox önəmlidir. Ancaq yuyucu toz və digər ləkə çıxarıcı vasitələr parçanı korlayır. Aspirin isə parçanın korlanmasının qarşısını alır və paltarların rəngini qoruyub saxlayır. Hər 1 kiloqram paltar üçün 1 ədəd aspirin qoyub paltar yuyan maşını işə salın. Son nəticə və paltarın ağappaq rəngi sizi də heyrətləndirəcək.
Qan ləkəsini çıxarmaq üçün isə paltarları yumazdan əvvəl 2 saat aspirinli suda saxlayın. Suyun isti olmaması vacibdir. İsti su qandakı zülallarla əlaqəyə keçərək ləkələrin çıxmasını çətinləşdirir.
Duz
Duzu qara paltarlarınızı yuyanda tətbiq edə bilərsiniz. Yuma prosesində suya 1 kiçik fincan duz əlavə etsəniz, qara paltarlarınız ilk gündəki kimi rəngini qoruyub saxlayacaq, eyni zamanda üzərinə toz götürməyəcək.