Paltaryuyan maşın səs salırsa, nə etmək lazımdır?

Paltaryuyan maşın normal işlədiyi zaman müəyyən dərəcədə səs çıxara bilər, lakin bu səs adi işləmə səviyyəsini keçirsə və güclü titrəmə, döyülmə və ya cırıltı kimi səslər eşidilirsə, bu artıq nasazlığın əlamətidir.
Aşağıda bu problemin əsas səbəbləri və həlli yolları haqqında məlumat verilir.
1. Maşının yerinin düz olmaması
Paltaryuyan maşın bərk və düz səthdə dayanmalıdır. Əgər maşın yerə tam oturmuyubsa və ya ayaqları tənzimlənməyibsə, işləyərkən titrəyib səs sala bilər.
Həll yolu:
Maşının ayaqlarını tənzimləyin və səviyyə ölçənlə düz dayandığından əmin olun.
Altına yumşaq rezin altlıq da qoya bilərsiniz.
2. Barabanın balanssız yüklənməsi
Əgər paltarlar barabanda bərabər paylanmayıbsa, fırlanma zamanı balans pozular və maşın səs salmağa başlayar.
Həll yolu:
Paltarları çıxarıb bərabər şəkildə yenidən yerləşdirin.
Həddindən artıq yükləmə və ya çox az paltar yumaqdan çəkinin.
3. Xarici cisimlərin ilişməsi
Bəzən xırda əşyalar (məsələn, sikkə, düymə, tiftik və ya saç sancaqı) barabanla gövdə arasına düşərək səs yarada bilər.
Həll yolu:
Barabanı əllə fırladaraq yad cisim səslərinə qulaq asın.
Lazım gələrsə, filtr və ya nasos hissəsini yoxlayın.
4. Amortizatorların və rulmanların nasazlığı
Zamanla amortizatorlar və rulmanlar köhnəlir, nəticədə baraban fırlanarkən səs-küy yaranır. Bu, xüsusilə sıxma rejimində özünü göstərir.
Həll yolu:
Texniki baxım üçün ustaya müraciət edin.
Rulman və amortizatorlar dəyişdirilməlidir.
5. Nasosun və ya mühərrikin problemi
Əgər maşın suyu çəkərkən və ya boşaldarkən güclü səs çıxarırsa, nasosda və ya mühərrikdə nasazlıq ola bilər.
Həll yolu:
Filtri təmizləyin.
Səs davam edərsə, servis mütəxəssisinə müraciət edin.
6. Daşıma boltlarının çıxarılmaması
Yeni alınan paltaryuyanlarda daşıma boltları bərkidilmiş olur. Əgər bu boltlar çıxarılmadan maşın işə salınıbsa, o, çox səs-küylü işləyəcək.
Həll yolu:
Arxa hissədəki daşıma boltlarının tam çıxarıldığından əmin olun.
Emin Əzimoğlu
Qlobal.net



