Vaxtilə evdar qadınlar üzərinə 72 faiz yazılmış məişət sabunundan yalnız paltar yumaq üçün istifadə etmirdilər. Yaşlı sakinlər indi də onun müxtəlif sahələrdə tətbiq edildiyini yaxşı xatırlayırlar. Ondan həm təbii müalicə vasitəsi kimi də istifadə olunur.
Paltar sabunu ekoloji cəhətdən təmiz, heyvan mənşəli və bitki
tərkibli yağlardan hazırlanır. Bu sabun tam olaraq təhlükəsiz və
zərərsizdir. Yəni, onun hazırlanmasında heç bir kimyəvi maddədən
istifadə olunmur. Ondan həm ev işlərində, həm də müalicəvi məqsədlər
üçün istifadə etmək olur.
Soyuqəymə, göbələk xəstəliyi, ağcaqanad dişləməsi, yağlı, kəpəkli saç
dərisi, üzdə sızanaq, tər qoxusu, həmçinin viruslarla mübarizədə 72
faizlik sabunun effektiv təsir gücü var. Ondan həm böyüklər həm də
uşaqlar da istifadə edə bilər. Hətta hamilə qadınlar üçün də bu sabun
zərərsiz hesab edilir.
Ayaqda olan göbələyin çarəsi paltar sabunu imiş. Bir litr ilıq suya
rəndələnmiş bir çay qaşığı paltar sabunu tökün. Bu qarışımı başqa bir
qabda hazırladığınız isti suya əlavə edin. Suyun səviyyəsi topuğunuza
kimi olsa kifayət edir. 20 dəqiqə ayaqlarınızı suda saxlayın. Sonra
ayağınızı çıxarıb qurulayın. Bu proseduru 2-3 həftə hər gün edin. Hər
dəfə ayağınızı quruladıqdan sonra göbələk olan hissəyə yod da vura
bilərsiniz.
Viruslara qarşı paltar sabununun güclü təsiri var. Tərkibində olan
interferon maddəsi yoluxucu xəstəliklərdən sizi qurtara bilər. Bunun
üçün sabunu azca suda həll edib burnunuza sürtməlisiniz. Bu sizi ilk
anda qıcıqlandıra bilər. Amma çox da narahat olmağa dəyməz. Çünki burun
dəliklərinədki bütün virusları məhv edəcək.
Tərkibində kimyəvi maddə olmaması saç üçün yaxşıdır. Lakin bu sabun saç
dibindəki bütün yağları, hətta saça lazım olan yağları da yuyur. Onun
tərkibində qaşınma və saç quruluşuna mənfi təsir göstərən bir çox
maddələr var. Lakin siz saçınızı bu sabunla yuduqdan sonra saçınıza azca
limon suyu , yaxud sirkə qatılmış su ilə durulasanız, rahatlıqla paltar
sabunuyla saçınızı yuya bilərsiniz. Qeyd edim ki, sirkədən çox istifadə
etmək olmaz. Bir litr suya 1 çay qaşığından artıq sirkə tökmək olmaz.
Bu şəkildə saçınızı həftə 2 dəfə yusanız kifayət edər.
Soyuqəymə, göbələk xəstəliyi, ağcaqanad dişləməsi, yağlı, kəpəkli saç
dərisi, üzdə sızanaq, tər qoxusu, həmçinin viruslarla mübarizədə 72
faizlik sabunun effektiv təsir gücü var. Ondan həm böyüklər həm də
uşaqlar da istifadə edə bilər. Hətta hamilə qadınlar üçün də bu sabun
zərərsiz hesab edilir.