photo_27639811
Palma yağının qiyməti 1 300 dollara yaxınlaşır

Dünyada bitki yağlarının bahalaşması palma yağının da qiymətinə təsir edir. Ən böyük palma yağı istehsalçısı olan İndoneziyada qiymət 1270 dollara çatıb.

 

2021-ci ildə 30 faizdən çox bahalaşan palma yağı 2022-ci ilin əvvəlindən bu yana 11 faiz dəyər qazanıb.


Palma yağının qiyməti 2020-ci ilin birinci yarısına qədər 400-500 dollar arasında dəyişirdi. İyundan başlayaraq qiymətlər artır.


Azərbaycan da böyük miqdarda palma yağı idxal edən ölkələrdəndir. 2021-ci ilin yanvar-noyabr aylarına aid olan məlumata əsasən, ölkəmizə 55,4 milyon dollar dəyərində 46 min tondan artıq palma yağı idxal edilib. İdxal edilən palma yağının bir tonunun gömrükdə orta qiyməti 1 204 dollar olub.


Azərbaycan palma yağının 30 min tonunu İndoneziyadan, 16 min tonunu Malayziyadan alıb./Sfera.az

23.01.2022 19:50
215