Astara rayonunun Tüləgüvan kəndində yaşayan ailənin yardıma ehtiyacı var.
Qlobal.net bildirir ki, bu barədə Baku TV-nin "Arzunun vaxtı” verilişində məlumat verilib.
6 nəfərdən ibarət ailə (ata, ana və 4 uşaq) palçıq və taxtadan tikilmiş daxmada şəraitsiz vəziyyətdə yaşayır.
42 yaşlı ananın sözlərinə görə, bir övladını imkansızlıq ucbatından itirib: "Qızıma ana südü verə bilmirdim, yemək də almağa imkanımız olmadı. Ev yeməyi yedi, xəstələndi və öldü”.
Ailənin
böyük oğlu, 10-cu sinif şagirdi Qalib universitetə hazırlaşır və ali
təhsil almağı ən çox bu vəziyyətdən qurtulmaq üçün istədiyini deyir: "İstəyirəm
ki, vəziyyətimiz qonşularınkı kimi olsun. Sinif yoldaşımgilə getmişdim,
baxdım ki, mənim evim onun mətbəxi, hamamı kimi belə deyil”.