Hacı Zeynəlabdin Tağıyev milyonlarla pakistanlını necə xilas etdi

Pakistanın Azərbaycanla qardaşlaşması - Hacı Zeynəlabdin Tağıyev milyonlarla pakistanlını necə xilas etdi?

XX əsrin əvvəllərində Pakistanda taun epidemiyası sürətlə yayılır.

Qlobal.net bildirir ki, ölümcül xəstəlikdən 100 mindən çox insan dünyasını dəyişir. Xəstəliyə yalnız sağlam insanlara peyvənd vurmaqla qalib gəlmək olardı. Vəziyyətdən xəbər tutan Azərbaycanlı xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti hesabına taun xəstəliyinə qarşı 300 min ampula vaksin alaraq Pakistana göndərir. Məhz bu dəstək səbəbilə milyonlarla pakistanlı yoluxucu xəstəlikdən xilas olur. 1947-ci ildə Pakistan müstəqillik qazandıqdan sonra Hacının bu xeyriyyə əməli dərsliklərə salınır. Zamanında qurulan dostluq, qardaşlıq münasibətləri bu gün də Azərbaycan-Pakistan arasında davam edir.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət dəyişir. İnsanların var-dövləti əlindən alınır. Hər şey Rusiyanın maraqları çərçivəsində həyata keçirilir. Malı-mülkü əlindən alınan milyonçu Tağıyevin köməyinə Nəriman Nərimanov çatır. N.Nərimanovun köməkliyi ilə Hacının əlindən alınmış mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evi ona qaytarılır. Ömrünün axırına kimi bu evdə yaşayan Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabr ayının 1-də vəfat etmişdir.

Murad
Qlobal.net

07.05.2025 11:47
show 11