66e7fb61e672a202409243321
Özünü şəhidin xanımı kimi təqdim etmişdi - Həbs olundu
Mingəçevirdə dələduzluq edən qadın tutulub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar.
Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib.
Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
16.09.2024 13:41
show 119